“Qarakəndə də bayrağımız sancılacaq və 20 Noyabrda həlak olanlara abidə ucaldılacaq...”
Tarix: 19-11-2021 | Saat: 23:48
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1421 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-11-2021 | Saat: 23:48
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Bundan sonra həm xaricdən, həm də daxildən Azərbaycana düşmən bütün güclər var qüvvələriylə, qarğa-quzğun kimi üzərimə gəldi...”
“...Əlbəttə, çox ağır faciə idi... Açığı, bu haqda danışmaq mənim üçün həm mənəvi, həm fiziki baxımdan çox çətindir... Onsuz da bir qərinədir ki, xalqımızın başı üstündən qara buludlar əskik olmur. Bu günlərdə yenə də qəsbkar Ermənistanın növbəti təxribatı nəticəsində 7 oğlumuz şəhid oldu. Həmin şəhidlərimizin də doğmalarına və bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm... Amma üzərindən düz 30 il ötsə də, 20 Yanvar, Xocalı kimi hələ də Azərbaycanı, bu dövləti, bu xalqı, Qarabağı sevən hər bir kəsi üzür, ağrıdır, qisasa çağırır 20 Noyabr faciəsi... Həm də ona görə ki, hələ də bir çox müəmmalı məqamlara aydınlıq gətirilməyib. O terroru törədənlər, onun təşkilatçıları cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmayıb”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri 1991-ci il noyabrın 20-də Qarakənd səmasında terror hücumu nəticəsində görkəmli dövlət xadimləri və ziyalılarımızın həlak olduğu faciənin 30-cu ildönümüylə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibov söyləyib.
“20 noyabr faciəsinin detallarından çox danışılıb.... Sadəcə, onu deməliyəm ki, o dövlət xadimlərinin, o tanınmış şəxsiyyətlərin, o ziyalıların həlak olması onların doğmalarına, xalqımıza, dövlətimizə, həm də müstəqillik qazanmasının bir ayı yenicə tamam olmuş körpə bir dövlətin ilk başçısı, prezidenti olaraq mənə çox ağır zərbə oldu. Sanki sağ qolumu kəsdilər bununla... Təsəvvür edin ki, Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Osman Mirzəyev və digərləri sağ qalsaydı, biz onlarla müstəqil dövlətimizin qurulması, Qarabağın işğaldan qorunması üçün hansı işləri görərdik? Çox güman ki, onlar qalsaydı, sonrakı faciələrin bir çoxu xalqımızın başına gəlməzdi...
20 noyabr faciəsindən sonra həm xaricdən, həm də daxildən Azərbaycana düşmən bütün güclər var qüvvələriylə, qarğa-quzğun kimi üzərimə gəldi. Müqavimət gücümüz sarsıldı... Və bundan sonra xalqımız, təəssüf ki, daha ağır və çətin faciələr, işğallar yaşadı” –deyən eks-prezident, nəhayət, 30 ilə yaxın dövrdən sonra müstəqil dövlətimizin rəhbərliyi ilə qəhrəman oğullarımızın canı, qanı hesabına işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad olunmasının 20 Noyabr ağrısını da xeyli yüngülləşdirməsindən danışıb.
“Əlbəttə, 3 onillikdən sonra müstəqil dövlətimizin rəhbərliyi ilə igid şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad olunması faktı 20 Noyabr yaramızın ağrısını da xeyli xəfiflətdi. Böyük uğurlar əldə etdik; Şuşanı, Kəlbəcəri, Qubadlını, Cəbrayılı və s. azad etdik. İnşallah, ümid edək ki, yaxın zamanlarda keçmiş Dağlıq Qarabağın qalan məntəqələri kimi, müstəqilliyimizin bərpasından sonra dövlətimizin ilk qurucularından olan oğullarımızın həlak olduğu Qarakəndə də üçrəngli bayrağımız sancılacaq və oradakı yüksəkliklərdən birində həmin şəhid dövlət xadimlərimiz və ziyalılarımıza möhtəşəm bir abidə ucaldılacaq. Hesab edirəm ki, müstəqil Azərbaycan dövlətinin qarşısında duran vəzifələrdən biri də budur”- deyə sabiq dövlət başçısı vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
12-06-2018, 10:13
Tramp və Kim Çen In arasında görüş başa çatıb - YENİLƏNİB-1
2-04-2024, 11:47
Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək
14-05-2025, 12:50
Azərbaycan gələn il İƏT və AQEM-in zirvə görüşünə ev sahibliyi edəcək
19-07-2025, 11:05
Tramp: Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındırlar
16-03-2022, 07:47
Rüstəm İbrahimbəyovun cənazəsi Bakıya gətirildi - Fotolar
22-09-2025, 13:29
Ərəb şirkəti Böyükşor ətrafında ticarət və otel zonası yaradacaq
6-07-2021, 15:03
Azərbaycan MN sərhəddə atışma olması barədə Ermənistanın yaydığı məlumata münasibət bildirib
26-02-2021, 09:14
XİN Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb














