Saytımızı qiymətləndirin


 
 

Hazırlığa getmədən ən yüksək balı topladı: “Özümə güvənirəm...”
Tarix: 20-04-2023 | Saat: 10:45
Bölmə:Karusel / Təhsil | çapa göndər

Hazırlığa getmədən ən yüksək balı topladı: “Özümə güvənirəm...”

 

Ötən gün 12 mart tarixli buraxılış imtahanlarının nəticələri elan olunub. Ölkə üzrə 4 abituriyent yüksək nəticə (297.5 bal) göstərib. Onlardan biri Səbail rayon 160 nömrəli Klassik gimnaziyanın şagirdi Mürşüdlü Nəzrindir.

 

Yüksək nəticə göstərən Nəzrin təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, indiyədək hazırlığa getmədiyini, yüksək nəticə qazanmaq üçün fərdi qaydada hazırlaşdığını bildirib:

 

“Bizim məktəbdə nizam-intizam yüksək səviyyədədir. Dərslərimiz çox ciddi keçirilir. Biz də dərslərə məsuliyyətlə yanaşırıq. Müəllimlərimizin keçdiyi dərs mənə yüksək bal toplamaq üçün kifayət etdi. Mənim yaddaşım güclüdür, dərsdə keçdiklərimiz bəs edir. Hazırlığa ehtiyac qalmır.

 

Onu da bildirim ki, son ayda müəllimlərimiz bizə davamlı sınaq testləri verirdilər. Əslində yüksək nəticə göstərəcəyimi gözləyirdim, çünki özümə əmin idim, amma topladığım balın ən yüksək olacağı ağlıma gəlməzdi. Valideynlərim, dostlarım çox sevindilər. Birlikdə uğur qazana bildik”.

 

Nəzrin Mürşüdlü gələcək hədəflərindən də söz açıb:

 

“Qəbul imtahanında yüksək nəticə toplayacağıma əminəm. Yaxşı hazırlaşıram, özümə güvənirəm. Birinci ixtisas qrupuna hazırlaşıram. İnanıram ki, qəbul imtahanında yüksək bal toplayıb, tələbə adını qazanacağam. İxtisas olaraq kompüter mühəndisliyini istəyirəm, amma oxuyacağım universitet hələ müəyyənləşdirməmişəm".



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər
8-12-2021, 20:05 Rusiya ABŞ-a NOTA VERDİ