Saytımızı qiymətləndirin


 
 

Sərhədə KTMT missiyası yerləşdiriləcək? - Rəsmi AÇIQLAMA
Tarix: 07-04-2023 | Saat: 13:01
Bölmə:Karusel / Region | çapa göndər

Sərhədə KTMT missiyası yerləşdiriləcək? - Rəsmi AÇIQLAMA

 

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidə missiyası barədə mövqeyini Rusiya tərəfinə təqdim edib.

 

Qarabaginfo.az "Azadlıq Radiosu"nun erməni xidmətinə istinadən xəbər verir ki, Ermənistan XİN bu barədə mətbuat orqanının sorğusunu cavablandırıb.

 

“Ermənistan-Azərbaycan dövlət sərhədində KTMT-nin müşahidə missiyası ilə bağlı Ermənistan tərəfinin mövqeyini XİN başçısı Ararat Mirzoyan martın 20-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən birgə mətbuat konfransında təqdim edib. İş davam edir”, - XİN-in cavabında bildirilib.

 

Qeyd edək ki, dünən Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan da məsələ barədə danışmışdı. O vurğulamışdı ki, missiyanın göndəriləcəyi barədə sənəd hələ də təsdiqlənmə mərhələsindədir: "Ermənistanın suveren ərazisində baş verənləri obyektiv şəkildə əks etdirməsi İrəvan üçün son dərəcə vacibdir. Ermənistan tərəfinin layihənin öz mövqeyinə uyğun gəldiyini hesab etdiyi mərhələdə müşahidəçilərin yerləşdirilməsindən danışmaq mümkün olacaq".(Modern.az)



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər