Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın vətəndaşlara vəd etdiyi sürprizlərin mahiyyəti açıqlanıb
Tarix: 06-04-2023 | Saat: 13:05
Bölmə:Karusel / Region | çapa göndər

Ərdoğan "Taxıl sazişi"nin uzadıldığını TƏSDİQLƏDİ

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi və hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara vəd etdiyi sürprizlərin nədən ibarət olduğu açıqlanıb.

Qarabaginfo.az “A Haber”ə istinadən bildirir ki, hazırda hökumət 3 əsas istiqamət üzrə iş aparır.

Məluamata görə, bura “Ailə hesabı”nın yaradılması, Vətəndaşlıq Fondunun təsisi və gənclərə bayram bonusunun verilməsi daxildir.

Türkiyədə ailə həyatı qurmaq ərəfəsində olan cütlüklərə 2-3 il müddətində geri qaytarılması nəzərdə tutulmayan 250 min lira (22 min manat və ya 13 min dollar) vəsait ayırılacaq.

Təsis edilən Vətəndaşlıq Fonduna əsasən uşaq dünyaya gəldikdən sonra dövlət onlar üçün hər ay 100 və ya 200 lira vəsait ayıracaq. Uşaqlar 18 yaşına çatdıqdan sonra həmin vəsaitdən istifadə edə biləcəklər.

Ailə həyatı qurmaq ərəfəsində olan cütlüklərə 2-3 il müddətində geri qaytarılması nəzərdə tutulmayan 250 min lira vəsait ayırılacaq.

Həmçinin tələbələrə ildə iki dəfə bayram bonusu veriləcək.

Qeyd olunub ki, R.T.Ərdoğan bir tərəfdən seçkilərə hazırlaşır, digər tərəfdən qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrin icrasını davam etdirir.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər