Saytımızı qiymətləndirin


 
 

Qərb Belarusu işğala hazırlaşır - Lukaşenkodan ittiham
Tarix: 31-03-2023 | Saat: 13:39
Bölmə:Karusel / Region | çapa göndər

Qərb Belarusu işğala hazırlaşır - Lukaşenkodan ittiham

 

"Ukraynada qoşunları yenidən toplamaq hüququ olmadan atəşkəs elan etmək lazımdır. Ukraynada nizamlanma üzrə danışıqlar bu gün başlamalıdır".

 

Qarabaginfo.az Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib.

 

"Qərb ölkəni məhv etmək üçün Belarus ərazisini işğal etməyə hazırlaşır. Son onilliklərin qaynar münaqişələri Qərbin bütün dünyanı özünə tabe etmək üçün yorulmaz istəyi ilə başlayıb. Müstəqil Belarusun tarixində suverenliyin saxlanması məsələsi heç vaxt bu qədər kəskin olmamışdı. Ukrayna xalqına sülh lazımdır, lakin bu istək Qərbdə heç kimi maraqlandırmır. ABŞ icazə verməyincə Ukraynadakı qırğın bitməyəcək. Qərb Minsk danışıqlarında əldə etdiyi vaxtdan Ukraynanı hərbiləşdirmək üçün istifadə etdi. Haradasa yeni münaqişə başlasa, dünya Ukraynanı unudacaq", - deyə Lukaşenko söyləyib.

 

"Rusiya Krımı ölkəyə birləşdirməyə məcbur oldu", - Belarus lideri əlavə edib.(Modern.az)



Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər