Saytımızı qiymətləndirin


 
 

Rusiya Xarkov istiqamətində hücuma keçməyəcək - ABŞ institutu
Tarix: 02-03-2023 | Saat: 12:28
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Xarkov istiqamətində hücuma keçməyəcək - ABŞ institutu

"İşğalçılar Xarkov vilayəti istiqamətində hücuma keçmək fikrində deyillər".

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunub.

 

İnstitutun analitiklərinin məlumatına görə, Rusiya Federasiyası Xarkovun şimal-qərbində dövlət sərhədini minalayır və bu ərazilərdə hücum qruplarının formalaşması qeydə alınmır.

 

"Rusiya qoşunlarının istehkamları bu sektorda hücumun bərpası üçün hazırlıqların aparılmadığını göstərir", - deyə məlumatda vurğulanıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. modern.az



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər