Saytımızı qiymətləndirin


 
 

BMqT: Məcburi köçkünlərin qaytarılması ilə bağlı texniki dəstəyi təmin edə bilərik
Tarix: 01-03-2023 | Saat: 16:28
Bölmə:Karusel / Sosial | çapa göndər

BMqT: Məcburi köçkünlərin qaytarılması ilə bağlı texniki dəstəyi təmin edə bilərik

“Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığımız var və bu yalnız miqrasiyanın idarə edilməsi ilə bağlı deyil, Azərbaycanın beynəlxalq arenada, BMT-də və eyni zamanda regionda oynadığı vacib rolu ilə bağlıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş Direktoru Antonio Vitorino bildirib. O deyib ki, bu gün regional təlim mərkəzi ilə bağlı imzaladığımız sənəd bu səmərəli əməkdaşlığın sübutudur:

“Bu mərkəz miqrasiya problemlərinin həlli istiqamətində bacarıqları inkişaf etdirməklə bağlı rəsmilər, region ölkələri üçün təlim sessiyaları təşkil edəcək. Mən Azərbaycanla tərəfdaşlıqdan məmnunam və hökumətin reallaşdırdığı proqramları xüsusilə də insan alverinə qarşı mübarizədə atılan addımları, eyni zamanda məcburi köçkünlərin öz yerlərinə qaytarılmasını dəstəkləyirəm. Beləliklə də əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm.

Bizim məcburi köçkünlərin qaytarılması ilə bağlı uzunmüddətli təcrübəmiz var. Bu tədrici baş verən bir prosesdir, planlaşdırılmalıdır. Biz Azərbaycan hökumətinin üzləşdiyi problemlər fonunda texniki dəstəyi təmin edə bilərik. Geri qayıdan insanlarda ümid və etimad yaratmaq vacib məsələdir. Bu ərazilərə uğurlu reinteqrasiya üçün işləmək lazımdır. Biz bu təcrübəni dünyanın müxtəlif ölkələrində təşviq edirik. Biz Azərbaycanı öz təcrübəmiz və texniki dəstəyimizlə dəstəkləyə bilərik”.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər