Saytımızı qiymətləndirin


 
 

“Ermənilərlə düşmən olduğum üçün məni görüşə göndərmədilər” - Xocalının deputatı
Tarix: 01-03-2023 | Saat: 15:25
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Ermənilərlə düşmən olduğum üçün məni görüşə göndərmədilər” - Xocalının deputatı

“Yəqin ki, Milli Məclisin deputatı Xocalıda Qarabağın erməni icması ilə keçirilən görüşə öz başına getməyib. Ola bilsin ki, bu, rəhbərlik tərəfindən təşkil olunmuş bir görüşdür. Bu görüş nə məqsədlə təşkil olunub, görüşdə hansı məsələlər müzakirə edilib, bu barədə heç bir məlumatım yoxdur”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

O, bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə ötən gün Xocalıda baş tutan görüşə münasibət bildirib.

Xatırladaq ki, məlum görüşdə Azərbaycan tərəfini Milli Məclisin deputatı Ramin Məmmədov təmsil edib.

“O ki qaldı mənim bu görüşlərdə iştirak etməyimə, bu məsələlərə münasibətim bir az başqadır. Qarabağın erməni icması dediyimiz şəxslər həmin o ermənilər deyildi ki, 1988-ci ilin fevralında Azərbaycana qarşı üsyan qaldırıb tabelikdən çıxmaq, Ermənistana birləşmək və ayrı dövlət yaratmaq istəyəyirdilər? Məgər Azərbaycan qanunlarına tabe olmayan, cinayət törədən, separatçılıq edən, eləcə də Xocalıda və Qarabağın azərbaycanlılar yaşayan kəndlərində soyqırımlar törədən bunlar deyildimi? Onlar tək deyildi. Təbii ki, arxalarında Ermənistan, dünya erməniləri və 366-cı alay var idi, lakin əsas məsələni həll edən Qarabağda yaşayan terrorçular idi ki, bunlar da azərbaycanlılara qarşı soyqırımı törədib bizi yurd-yuvamızdan didərgin saldılar”, - bəyan edib.

E.Məmmədov xatırladıb ki, bu gün də o icmanı təmsil edənlər onlardan sağ qalan köhnələr və bunların doğub-törədiyi nəvələri və zir-zibilləridir: 

“Mən bunları düşmən hesab edirəm. Bir gecə 613 nəfər dinc sakinimizi qətlə yetirənlər də bunlar idi. Ona görə də onlarla görüşməyi məqsədəuyğun hesab etmirəm. Mən axıra qədər də onlara düşmən kimi baxacağam”.

“Yəqin buna görə də rəhbərlik ölçüb-biçib, götür-qoy edib Qarabağı təmsil edən millət vəkili olaraq məni, yaxud Xankəndini təmsil edən Tural Gəncəliyevi yox, həmin zonalardan tam kənar olan Ramin Məmmədovu göndəriblər. Ola bilsin ki, rəhbərlik belə məsləhət bilib və belə lazımdır. Ancaq mən bir vətəndaş və Xocalı sakini kimi, Xocalıya qarşı soyqırımı törədənlər və onların törəmələri ilə bizim görüşümüzü düzgün hesab etmirəm”, - yekunlaşdırıb.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər
31-03-2022, 13:47 Hava proqnozu açıqlandı