Tarix: 21-02-2023 | Saat: 14:06
Bölmə:Karusel / Region | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Qriqori Xaçaturov və Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan eyni cinayət işi üzrə təqsirləndirilir.
Prokurorluq tərəfindən 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun saxlanmasının və açılmış cinayət işinin bəzi təfərrüatları açıqlanıb. Xaçaturov komandiri olduğu dövrdə (2006-2010-cu illərdə) vəzifə səlahiyyətlərindən sui-istifadə və daşınmaz əmlakın leqallaşdırılmasında (çirkli pulların yuyulması) ittiham olunur.
Sabiq komandirin cinayət işi hazırda Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində araşdırılır.
Qeyd edək ki, Qriqori Xaçaturov Baş Qərargahın keçmiş rəisi və KTMT-nin keçmiş baş katibi Yura Xaçaturovun oğludur.(Visiontv.az)
Digər xəbərlər