Saytımızı qiymətləndirin


 
 

Zaxarova: “Minsk qrupu tarixin yaddaşına köçüb”
Tarix: 17-02-2023 | Saat: 15:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Zaxarova: “Minsk qrupu tarixin yaddaşına köçüb”

“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərinə zərbə vuran var idisə də, bu, ABŞ başda olmaqla Qərb dövlətlərinin özüdür”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Rusiya XİN rəsmisi bildirib: “ATƏT-in Minsk qrupu formatı amerikalı və fransalı həmsədrlərin 2022-ci ilin fevralında uydurma bəhanə ilə rusiyalı həmkarı ilə əlaqəni dayandırmasından sonra tarixin yaddaşına köçdü. Üstəlik, onlar tərəfdən heç bir aydın izahat verilmədi.

Bunu nəzərə alaraq, Bakı və İrəvana müvafiq razılaşmalar kompleksinə əsaslanan üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə başladıq. Biz vasitəçiliyin real addımlarla müşayiət olunacağını və hər hansı əlavə dəyər qazanacağını görmürük”.



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər