Saytımızı qiymətləndirin


 
 

Laçın dəhlizinə görə Rusiya məsuliyyət daşıyır - Borrel
Tarix: 17-02-2023 | Saat: 11:41
Bölmə:Karusel | çapa göndər

Laçın dəhlizinə görə Rusiya məsuliyyət daşıyır - Borrel

 

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Laçın dəhlizinə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib.

 

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, o, həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqə saxlanıldığını vurğulayıb.

 

"Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dəstəyi ilə ali nümayəndə Borrel hər iki tərəflə sıx əlaqə saxlayır. Üçtərəfli bəyanata əsasən, o, sülhməramlı kontingentin nəzarətində olan Laçın dəhlizinə görə Rusiyanın məsuliyyətini qeyd etməlidir. Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərində problemin nəticələrinin aradan qaldırılması üçün ayırdığı humanitar maliyyə vəsaiti 2022-ci il üçün 3.6 milyon avro təşkil edib. Vəsait yerdə fəaliyyət göstərməyə qadir olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi üçün tam səfərbər edilib", - deyə məlumatda bildirilib.



Xəbəri paylaş

126 dəfə oxunub.

Digər xəbərlər