Saytımızı qiymətləndirin


 
 

FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - FOTO
Tarix: 13-02-2023 | Saat: 13:37
Bölmə:Karusel / Region | çapa göndər

FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - FOTO

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulur.

 

Qarabaginfo.az verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağa başlayıb.

 

FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı jurnalistlərə açıqlamasında bildirib ki, Doğukənd məhəlləsində zərərçəkmişlər üçün çadır şəhərciyinin qurulması prosesi aparılır: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardım göndərilib. Hazırkı vaxta qədər nazirlik tərəfindən 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Avtomobillərin sayı isə 39-dur. Maşınların içərisində müxtəlif ölçülü çadırlar, generatorlardan və digər lazım olan əşyalar var”.

 

Turqay Abbaslı onu da qeyd edib ki, FHN tərəfindən qardaş Türkiyəyə göndərilən yardımlar davam edəcək.(Apa)



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər