Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qardaş Türkiyəyə humanitar yardım göndərilib.
Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin baş direktorunun müavini Rafiq Qudayev deyib.
Türkiyədə baş vermiş zəlzələ hər birimizi sarsıltdı. Bu çətin anlarda türk xalqı ilə birlikdəyik. Türk qardaşlarımıza səbr diləyirəm",- deyə R.Qudayev əlavə edib.
"Humanitar yardım paketinə dərman prepaparatları, sarğı materialları tibbi avadanlıqlar və ilk tibbi yardım üçün tələb olunan vasitələr daxildir. Bizim tərəfimizdən 18 tibb işçisi, Fövqaladə Hallar Nazirliyi tərəfindən isə 2-cı səyyar hospital göndərilib.