Saytımızı qiymətləndirin


 
 

Türkiyədə itki sayı artdı: 3419 nəfər ölüb, 20 534 nəfər yaralanıb - YENİLƏNİB
Tarix: 07-02-2023 | Saat: 12:49
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyədə itki sayı artdı: 3419 nəfər ölüb, 20 534 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə baş vermiş zəlzələdə itkilər və yaralı sayı artıb.

 

Qarabaqinfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay açıqlama verib.

 

Bildirilib ki, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb.

 

 

 

Türkiyədə baş vermiş zəlzələdə itkilər və yaralı sayı artıb.

 

Qarabaqinfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. modern.az



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər