Tarix: 04-02-2023 | Saat: 13:43
Bölmə:Karusel | çapa göndər
"Ermənistan deyir ki, “Qarabağ Azərbaycandır!”. Azərbaycan da deyir ki, “Qarabağ Azərbaycandır!”. Onda rus sülhməramlılarının sualı yaranır: “bizim burada nə işimiz var?”".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan parlamentdəki dinləmələr zamanı bildirib.
Qeyd edək ki, “Hayastan” müxalifət fraksiyası parlamentdə Laçın dəhlizindəki vəziyyətlə bağlı dinləmələr keçirib. Dinləmələri Ermənistan parlamentindəki hakim “Mülki müqavilə” fraksiyasının deputatları boykot ediblər.
Keçmiş baş nazir Hrant Baqratyan çıxışı zamanı Paşinyan iqtidarını Qarabağ ermənilərinə biganəlikdə ittiham edib.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün də deyir ki, “biz Qarabağla bağlı problem görürük”, yəni Rusiya Qarabağı Azərbaycanın bir hissəsi kimi görmür, lakin erməni tərəfi bu istiqamətdə heç bir iş həyata keçirmir”, - Baqratyan hiddətlə bildirib.
Xatırladaq ki, Hrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub. O, hazırda “Erməni Milli Hərəkatı” Partiyasının parlamentdəki deputatıdır.
Digər xəbərlər