Saytımızı qiymətləndirin


 
 

İran Müdafiə Nazirliyi edam edilən Əlirza Əkbəri ilə bağlı bəyanat yayıb
Tarix: 16-01-2023 | Saat: 19:39
Bölmə:Karusel / Manşet | çapa göndər

İran Müdafiə Nazirliyi edam edilən Əlirza Əkbəri ilə bağlı bəyanat yayıb

İran İslam Respublikasının Müdafiə Nazirliyi şənbə günü Britaniyaya casusluq ittihamı ilə edam edilən Əlirza Əkbəri ilə bağlı bəyanat yayıb.

Qarabaginfo.az xəbər verir ki, bu gün yayılan bəyanatda Əlirza Əkbərinin Müdafiə Nazirliyində heç vaxt nazir müavini vəzifəsini icra etmədiyini bildirilib.

Bəyanata görə, 2002-ci ildə təqaüdə çıxan Əlirza Əkbəri Nazirlikdəki fəaliyyətinin sonunda Müdafiə Araşdırmaları İdarəsinin rəisi vəzifəsində çalışıb.

İranda hökumətə yaxın saytlar Əlirza Əkbərinin edam xəbərini yazarkən onun sabiq prezident Məhəmməd Hatəmi hökumətində müdafiə naziri olan Əli Şamxaninin müavini olduğunu bildirirdi.

ISNA xəbər agentliyi Əlirza Əkbərini müdafiə nazirinin keçmiş müavini və müdafiə nazirinin strateji məsələlər üzrə müşaviri kimi təqdim etmişdi.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər