Rusiyanın Xarici Kəşfiyyat Xidməti sosial şəbəkələrdə qurumun direktoru Sergey Narışkinin istefaya getməsi ilə bağlı yayılan xəbərləri şayiə adlandırıb.
Qarabaginfo.az bu barədə Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
Qurum yayılan məlumatı şərh etməkdən imtina edib.
Qeyd olunub ki, Sergey Narışkin yanvarın 11-də əfsanəvi kəşfiyyatçılar - Koen və həyat yoldaşına qoyulan xatirə lövhəsinin açılışında iştirak edib.