Saytımızı qiymətləndirin


 
 

BQXK erməni əsirlərlə görüş keçirildiyi təsdiqlədi
Tarix: 09-01-2023 | Saat: 14:48
Bölmə:Karusel | çapa göndər

BQXK erməni əsirlərlə görüş keçirildiyi təsdiqlədi

 

Ötən ilin dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları saxlanılan Ermənistan vətəndaşlarına yenidən baş çəkiblər.

 

Bu barədə Qarabaginfo.az-a BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. 

 

Onun sözlərinə görə, Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb:

 

"Mandatına uyğun olaraq, BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirib. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradıb. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır". 

 

Qeyd edək ki, bundan əvəvl Ermənistan tərəfi Azərbaycanda saxlanılan erməni əsirlərə baş çəkilməsi ilə bağlı məlumat yaymışdı.



Xəbəri paylaş

119 dəfə oxunub.

Digər xəbərlər