Saytımızı qiymətləndirin


 
 

Xankəndidə son durum: Kişilər gedir, qadınlar qalır...
Tarix: 06-01-2023 | Saat: 13:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xankəndidə son durum: Kişilər gedir, qadınlar qalır...

Rusiyanın ötən il Qarabağda həyata keçirdiyi siyasi oyunların bu il də davam edəcəyi istisna edilmir. O cümlədən rusiyalı milyarder Ruben Vardanyanın bölgəyə gəlməsindən sonra separatçılar arasında qarşıdurma kəskin şəkildə artıb. Hazırda görünən odur ki, Vardanyan-Arutyunyan-Balasanyan cəbhəsində siyasi müstəvidə geniş fikir ayrılıqları mövcuddur və "yenilikçi" Vardanyan sələflərinə qarşı kəskin reaksiya bəsləyir. Amma buna baxmayaraq, Vardanyanın özü də digər separatçı yoldaşları kimi Azərbaycana qarşı hədyan dolu çıxışlar edir. 

Məsələnin maraqlı tərəfinə gələk: Şuşa-Xankəndi yolunda 1 aya yaxındır davam edən aksiya hər vəchlə Azərbaycana qarşı mübarizə aparmağa and içən terrorçu rejimin tamamilə əl-qolunu bağlayıb. Bölgədə qondarma rejimin basqısı altında yaşamaq istəməyən siravi ermənilərin, habelə separatçı rejimin bəzi nümayəndələrinin ərazini təcili yardım maşınları ilə "xəstə" adıyla tərk etdiklərinə dair sübutlar var. Araşdırmalar göstərir ki, bölgədən çıxanların əksəriyyəti kişilərdir. Artıq Qarabağ separatçıları dərk edir ki, Vardanyan və onun sərsəm çıxışları sayəsində sülh yolu dalana dirənib. 

Əslində, Azərbaycan siyasi hakimiyyətinin onu qəbul etməməsinin səbəbl hər kəsə bəllidir. Bu barədə Prezident Əliyev də açıq mətnlə danışıb. 

Bıçağın sümüyə dirəndiyi bu əsnada isə cəmiyyətdə yeni antiterror əməliyyatlarının olmasıyla bağlı çağırışlar bitib-tükənmək bilmir. Hakimiyyətin yuxarı eşelonundan bu barədə dəqiq məlumatlar verilməsə də, cari il ərzində Azərbaycan ordusunun Qarabağda 48-72 saatlıq bir antirerror əməliyyatı keçirəcəyi də istisna edilmir. Hətta yaz aylarında bu prosesin praktiki olaraq həll ediləcəyi barəsində də fikirlər səsləndirilir. Görünür, Qarabağ separatçıları başlarının üzərində "qara buludların" dolaşdığının fərqində olduqları üçün arvad-uşağı təkbaşına qoyub aradan çııxrlar...

Hazırda Qarabağda yeni siyasi şərait yaranıb. Ermənilər, nəhayət, boş xülyalardan əl çəkib Azərbaycan qanunlarına tabe olmalıdır. Azərbaycan dövləti bu ölkədə yaşayan hər bir vətəndaşın qarantıdır. Sözsüz ki, bu kateqoriyaya Qarabağda yaşayan ermənilər də daxildir. Yetər ki, adam balası kimi yaşasınlar...

(Yenisabah)



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər