Ermənistanda hakim partiyanı təmsil edən deputatın övladı saxlanılıb.
Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.
Belə ki, paytaxt İrəvan şəhərinin mərkəzində 27 yaşlı kişi tutulub. Buna səbəb onun soyuq silah gəzdirməsi olub.
Məlum olub ki, saxlanılan şəxs parlamentdə baş nazir Nikol Paşinyanın sədrlik etdiyi "İctimai Müqavilə" partiyasını təmsil edən deputat Qurgen Arsenyanın oğludur.(Modern.az)