Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN Bakı və İrəvanla imzalanan sənədləri XATIRLATDI
Tarix: 29-12-2022 | Saat: 15:32
Bölmə:Karusel | çapa göndər

Rusiya XİN Bakı və İrəvanla imzalanan sənədləri XATIRLATDI

 

Rusiya Xarici İşlər Nazirliyi 2022-ci ilin əsas xarici siyasət nəticələrinə həsr olunan bülleten yayımlayıb.

 

Qarabaginfo.az xəbər verir ki, sözügedən bülleten Rusiya XİN-in rəsmi saytında (mid.ru) dərc olunub.

 

Burada Rusiyanın il ərzində Azərbaycan və Ermənistanla imzaladığı sənədlər xatırlanıb.

 

"22 fevralda Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya rəsmi səfəri zamanı Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı. Bu, ikitərəfli münasibətlərin keyfiyyətini yeni səviyyəyə qaldırdı", - deyə sənəddə bildirilib.

 

"19 apreldə Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri zamanı diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar liderlərin ikitərəfli gündəlikdəki bütün kompeks məsələlərin əhatə olunduğu Rusiya-Ermənistan birgə bəyanatı qəbul olundu. Moskva və İrəvanın əməkdaşlığının strateji istiqamətə yönəldiyi vurğulandı", - XİN bülletenində qeyd olunub.

 

Materialda həmçinin başqa ölkələrə münasibətlərə dair məlumatlar yer alıb.



Xəbəri paylaş

86 dəfə oxunub.

Digər xəbərlər