"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hesab edir ki, Laçın dəhlizi ilə bağlı İrəvanın beynəlxalq müstəvidə qaldırdığı problemin həlli onun səlahiyyətləri çərçivəsindən kənardır".
Qarabaginfo.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas "RİA Novosti"yə məlumat verib.
"Ermənistan bu məsələ ilə (Laçın dəhlizi ilə bağlı – red.) bizə müraciət etməyib, biz ondan çıxış edirik ki, bu, KTMT-nin məsuliyyəti zonasında deyil".
Onun sözlərinə görə, İrəvan Laçın dəhlizi ilə bağlı KTMT-yə müraciət etməyib: