"Ermənilər nə qədər qədim olsalar da, ən azı son 1500 il ərzində həmişə türkün itaətində olublar"
Tarix: 19-12-2022 | Saat: 17:49
Bölmə:Karusel / Yazar | çapa göndər
1255 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-12-2022 | Saat: 17:49
Bölmə:Karusel / Yazar | çapa göndər

Orta əsrlər italyan səyyahı Marko Polo (1254-1324) regionumuz haqqında yazırdı: "Bilmək lazımdır ki, iki Ermənistan (Ermənistan o zaman hələ Hayastan deyildi) var: Kiçik Ermənistan və Böyük Böyük Ermənistan" (yəni burada da söhbət "dənizdən dənizə" nağılından getmir. Deyək ki, bizdə də Bala Bəhmənli və Böyük Bəhmənli kəndləri var-təxminən elə bir şey!).
Ən maraqlısı isə bundan sonra gəlir: "Kiçik Ermənistanın çarı TATARLARA (yəni TÜRKLƏRƏ) tabedir".
İndi keçək Böyük Ermənistana. Marko Polo yazır:
"Böyük Ermənistan - böyük ölkədir. Orada ermənilər yaşayır və TATARLARIN hökmü altındadırlar".
Qonşumuz gürcülər haqqında isə yazır;
"Gürcüstanda çar David məlik adlanlr və TATARLARA tabedir".
Sonra isə müəllif dəvə karvanları ilə dünyanın hər yerinə daşınam odlu yağdan (neft) söz açır və məlum olur ki, söhbət bizdən və qonşularımızdan gedir.
Bunları niyə yazıram?
Son günlərdən İternetdə əsasən erməni istifadəçilər tərəfindən erməni və gürcülərin QAfqazın qədim avtoxton (yerli) xalqı olması, bizim isə gəlmə olmağımız haqda yeni-yeni uydurma süjetlər yayılır.
Azərbaycan tarixinin də guya 1918-ci ildən başlandığı iddia olunur.
Bilmirəm, belə söhbətlərin bəlkə də yeri yoxdur; amma ermənilər nə qədər qədim olsalar da, ən azı son 1500 il ərzində həmişə türkün itaətində olublar... Nicat yolları yenə bizdən keçir.
Vilayət Quliyev, Sabiq XİN başçısı, səfir
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
21-05-2021, 12:44
Rusiya Qarabağa YUNESKO missiyasının tezliklə göndərilməsini istəyir
10-04-2023, 10:08
Bakıda güclü yanğın - Ölənlər var
14-07-2026, 22:44
Peter Pelleqrini: Slovakiyanın izi Qarabağda əbədi qalacaq
5-06-2025, 21:10
Tramp Rusiya və Ukraynanı sanksiyalarla hədələyib
17-01-2025, 16:53
Prezident İlham Əliyev: Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər
4-07-2021, 23:54
ETSN-dən açıqlama: Partlayışa səbəb vulkan püskürməsidir
5-04-2022, 21:46
“Azəriqaz” İB-in əməkdaşı fiziki hücuma məruz qalıb
19-12-2021, 12:03
Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
17-07-2021, 12:24
Xocavənddə ermənilərin minaladığı ərazilərdə yanğın - Video













