Saytımızı qiymətləndirin


 
 

Bakıdakı məşhur taxta bazarı Vasif Talıbovdan alındı
Tarix: 17-12-2022 | Saat: 11:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Taxta bazarı”nda son durum: Rusiyada meşə yanğınları qiymətlərə təsir edibmi? - əməkdaşımızın qeydləri

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla bağlı ard-arda gələn xəbərlər dayanmır. Məlum olur ki, Talıbovlar klanı 30 ildə yığdıqlarını itirməyə başlayır.

Qarabaginfo.az "Yeni Sabah”a istinadən xəbər verir ki, Vasif Talıbovun itirdiyi böyük obyektlərdən biri də Bakıda Dərnəgül yolunda yerləşən Taxta Bazarı olub. Uzun illər idi ki, Talıbovlar ailəsi bu bazarda böyük pullar qazanır və bu vəsaitlər rəsmiləşdirilmirdi. 

Sahibkarların saytımıza bildirdiyinə görə artıq bazarda Talıbovların adamları artıq gözə dəymir. Onlar obyektdən tamamilə uzaqlaşdırılıb. İndi Taxta Bazarına Bakı Şəhər İcra Hakimiyyətinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” nəzarət edir. İcarə haqları bu birlik tərəfindən rəsmi olaraq qəbul edilir və həmçinin hər bir sahibkar Dövlət Vergi Xidmətinin kassa aparatları ilə təmin olunub.

Onu da qeyd edək ki, sözügedən Taxta Bazarı bir neçə dəfə güclü yanğınlarla gündəmə gəlib. Burada əsas problemlərdən biri ondan ibarət idi ki, Talıbovlar bazarda Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliyə qarşı önləyici tədbirlər görməsinə imkan yaratmırdı. Bu hadisələri də o zaman klanların savaşı kimi şərh edənlər vardı.

 



Xəbəri paylaş

1137 dəfə oxunub.

Digər xəbərlər