Tarix: 15-12-2022 | Saat: 14:30
Bölmə:Karusel | çapa göndər
Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlər dəmiryolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olub.
Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, hadisə dəmiryolçular səhər işə gedərkən qeydə alınıb. Hazırda onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. İlkin baxış zamanı vəfat edən iki nəfərin: Kamran və Nəsimi adlı şəxslərin kimliyi müəyyən edilib.
Hadisədən sonra vəfat edənlərin meyitləri Sumqayıt Şəhər Xəstəxanasının morquna gətirilib.
Qeyd edək ki, dəhşətli qəza hazırda təmir işləri gedən yolun 98-ci km-də, Siyəzən rayonu ərazisində baş verib. "Mersedes Vito" markalı mikroavtobus TIR-la toqquşub. Nəticədə mikroavtobusdakı 6 nəfərin hamısı vəfat edib, TIR sürücüsü isə xəsarət alıb.
Digər xəbərlər