"300 yaşayış məntəqəmizin qaz xəttlərinin ermənilər söküb İrana satıb..." - Hərbi ekspert
Tarix: 15-12-2022 | Saat: 13:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1174 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-12-2022 | Saat: 13:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qazsiz həyat dünyanın heç bir yerində “soyqırım” kimi qəbul edilmir
Bu gün erməni mətbuatında yayılan xəbərlərdən məlum olur ki, işğalçı tərə Xankəndində qazın kəsilməsinə görə Azərbaycanı günahlandırır. “Azəriqaz” ASC isə bu məsələnin Azərbaycan tərəfi ilə əlaqəsinin olmadığını dərhal bildirsə də erməni tərəfində hadisənin əsl səbəbini axtarmaq əvəzinə qazın kəsilməsini “Azərbaycanın Qarabağdakı ermənilərə qarşı növbəti soyqırımı” adlandırılar. Ümumiyyətlə ermənizm nəzəriyyəsində erməni maraqlarına uyğun olmayan istənilən hadisə avtomatik olaraq “soyqırım” kateqoriyasına aid edilir. Rusların nəzarətində olan ərazilərdən keçən qaz xəttini yoxlamaq əvəzinə dərhal baş verən istənilən neqativ hadisədə Azərbaycanı günahlandırmaqdan başqa ağıllarına heç nə gəlməyən bu “soyqırımbaz” bədbəxt ermənilərə kimsə başa sala bilmir ki, bu gün bizim ərazilərimizdə təbii sərvətlərimizi talan etdiyinizə görə yüzlərlə gənc və ya yaşlı şəxslər şaxtlaı havada etiraz aksiyası keçirir və onlar da təbii qazdan istifadə edə bilmir. Azərbaycan ərazisində bu gün işğaldan azad edilən ərazilərdə daxil olmaqla 979 yaşayış məntəqəsində nəinki qaz, hətta onun xətti belə yoxdur. Bunlardan təxminən 300 yaşayış məntəqəmizin qaz xəttlərinin isə məhz siz ermənilər söküb İrana satmısınız. Bunu nə tez unutdunuz? Bu gün Avropanın yarısı qazsız qalıb, məgər onlar “soyqırıma” məruz qaldıqlarını iddia edirlər? Deməli qazsiz həyat dünyanın heç bir yerində “soyqırım” kimi qəbul edilmir. Əsl soyqırım Xocalıda, Baqanis Ayrımda, Quşçularda, Malıbəylidə, Qaradağlıda olub və onları da ermənilrilər törədib. Odur ki, əgər Xankəndində qaz yoxdursa, ermənilər ya qalın geyinsinlər, yaxud da “Azərqaz” ASC-yə şirin dillə müraciət etsinlər. İstəsələr xahiş məktublarını mənim vasitəmlə də göndərə bilərlər. Hər xırda məsələyə görə də bizdən küsməsinlər, ağıllarına gələn hər şeyi də dillərinə gətirməsinlər, əks halda özlərinə ziyan edərlər. Novruzda küsülülər onsuz da barışır. Yolunu azmış vətəndaslarımız, gecləriniz çox soyuq keçirsə, o zaman Xocalıda gülləbəran etdiyiniz yaşlı qadınları və körpələri də xatırlayın. Bu bəzi ”qaynar başlı” ermənilərin beynini soyutmağa da kömək edəcək.
Ədalət Verdiyev, hərbi ekspert
Xəbəri paylaş
Digər xəbərlər
22-06-2020, 14:27
Koronaviruslu xəstələrin evdə müşahidəsinə dair tövsiyələr açıqlandı
21-03-2022, 09:02
Ukrayna Prezidenti Rusiya ilə sülh üçün mümkün şəhərin adını açıqlayıb
10-01-2022, 21:02
Vilayət Eyvazovdan yeni TƏYİNAT
21-12-2022, 20:38
Zelenski Vaşinqtona ABŞ-ın hərbi təyyarəsi ilə gedir
11-09-2025, 22:09
Dövlət Departamentinin rəsmisi Ermənistana səfər etdi
24-02-2026, 08:24
ABŞ altı sənaye sahəsində yeni rüsumlar tətbiq edə bilər
12-02-2026, 21:19
İsrail Müdafiə Qüvvələri İran xalqını "Mossad"la əməkdaşlığa çağırıb
27-02-2026, 11:10
Pakistan və Əfqanıstan arasında döyüşlər səngiyib
20-01-2025, 16:08
Mehriban Əliyeva 20 yanvarla bağlı paylaşım edib


















