Ruslardan ibarət legion "vaqner"çiləri darmadağın etdi... Hələ başqırd bölüyü də var..."
Tarix: 02-12-2022 | Saat: 10:53
Bölmə:Karusel / Region | çapa göndər
1160 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-12-2022 | Saat: 10:53
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna rəsmisi Rusiya ordusuna qarşı "Turan" Türk bölüyünün də döyüşdüyünü təsdiqlədi...
"Ukrayna tərəfində Ukrayna Silahlı Qüvvələrinin tərkibində Rusiyaya qarşı Başqırdıstandan olan yerlilərin də daxil olduğu Başqırdıstan bölüyü döyüşür".
Bunu Rusiya müxalifət lideri, hüquqşünas Mark Feyginlə söhbətində Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç söyləyib.
“Baxmut yaxınlığında döyüşən “Rusiyanın azadlığı” legionundan başqa başqırd bölüyü də döyüşür... Yeri gəlmişkən, bir neçə gün əvvəl baş verən əks-hücumda "“Rusiyanın azadlığı” legionu "vaqner"çilərin dayaq məntəqəsini çox məharətlə darmadağın etdi. Onu yox etdilər. Afərin, uşaqlar, düşmənə zərbə vurmaqdan əl çəkmirlər...
Bizdə başqırd bölüyü də peyda olub... O, leqionda deyil, o, indi Ukraynanın Silahlı Qüvvələri tərkibində ayrıca döyüşür. Amma bu, artıq Başqırdıstan sakinlərindən ibarət bütöv bir bölükdür", - Arestoviç belə deyib.

O, Feyginin "Belə milli bölüklər Ukraynada xoş qarşılanırmı?" sualına da müsbət cavab verib. PO-nun müşaviri əlavə edib ki, Ukraynanın tərəfində “Turan” adlı Türk bölüyü də vuruşur.
Xatırladaq ki, mart ayından etibarən “Rusiya Azadlığı” legionuna daxil olan ruslar Ukrayna tərəfində işğalçılara qarşı döyüşürlər. Bunlar keçmiş Rusiya hərbçiləri arasından Putin rejiminə qarşı çıxan könüllülərdir.
Vaxt keçdikcə "Rusiyanın azadlığı" legionunun Rusiya Federasiyasının öz ərazisisində də yerlərdə aktiv əməliyyatlar aparan ocaqları da meydana çıxır.. Belə ki, xəbər verdiyimiz kimi, noyabrda Rusiyanın Yekaterinburq şəhərində “Rusiyanın azadlığı” legionunun fəalları Ukraynaya qarşı müharibə üçün işğalçılara çatdırılmalı olan yanacaqla dəmiryol qatarlarını yandırıblar...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
28-09-2024, 16:25
İsrail İran təyyarəsinin Beyruta enməsinə icazə verməyib
16-09-2021, 15:52
“Amerika səfiri gecə-gündüz ermənilərlə tut arağı vurur“ - Şok iddia
11-10-2024, 15:31
Dini təhsil müəssisələrində qohum nikahının mənfi nəticələrinə dair mövzular tədris olunacaq
15-02-2023, 12:01
Türkiyədə həlak olan azərbaycanlıların sayı 10-a ÇATDI
21-01-2021, 08:58
Madriddə güclü partlayış zamanı 3 nəfər ölüb 11 nəfər yaralanıb
21-02-2022, 19:08
Əsas ərzaq məhsullarının tədarükü üçün güzəştli maliyyələşdirməyə dair təkliflər hazırlanacaq
4-09-2020, 10:19
Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü
26-04-2024, 17:50
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb
17-11-2024, 09:39
"Lion" prezidenti klubu Fransa çempionatının elit divizionunda saxlayacağını vəd edib














