Saytımızı qiymətləndirin


 
 

Kuleba: “ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya olmadan keçiriləcək”
Tarix: 28-11-2022 | Saat: 18:52
Bölmə:Karusel / Manşet | çapa göndər

“ATƏT Nazirlər Şurasının iclası ilk dəfə Rusiya Federasiyasının nümayəndəsinin iştirakı olmadan keçiriləcək”.

Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Facebook” səhifəsində bildirib.

O qeyd edib ki, tədbir Polşanın Lodz şəhərində baş tutmalıdır.

“ATƏT Nazirlər Şurası ilk dəfə rusiyalı nazir olmadan keçiriləcək. Və bu, doğru variantdır - onun orada işi yoxdur. Onlar yalnız danışıqları imitasiya edirlər. Yalnız diplomatiyanı imitasiya edirlər. Əslində isə onlar öz seçimlərini ediblər: bu, müharibə və müharibə cinayətləridir”, - deyə XİN rəhbəri vurğulayıb.

Ukraynalı nazirin sözlərinə görə, bu gün həm prezident, həm də Xarici İşlər Nazirliyi səviyyəsində çoxlu beynəlxalq tədbirlər baş tutacaq. Axşam saatlarında Kuleba beynəlxalq işgüzar səfərə yola düşəcək. O, əvvəlcə NATO Nazirlər Şurasında iştirak üçün Buxarestə, sonra isə ATƏT Nazirlər Şurasının iclası üçün Lodza gedəcək.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər