Saytımızı qiymətləndirin


 
 

Azərbaycan prezidenti: “Çünki biz düşünürdük ki, mən deyərdim, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var”
Tarix: 25-11-2022 | Saat: 22:54
Bölmə:Karusel / Manşet | çapa göndər

Azərbaycan prezidenti: “Çünki biz düşünürdük ki, mən deyərdim, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var”

“Çünki biz düşünürdük ki, mən deyərdim, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

“Avropa İttifaqına və şəxsən cənab Şarl Mişelin vasitəçiliyinə gəlincə, biz bunu əvvəldən dəstəkləmişik. Çünki biz düşünürdük ki, mən deyərdim, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Çünki bizə və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyacımız var. Odur ki, Prezident Mişelin təşəbbüsü vaxtında olub. Bilirsiniz ki, Brüsseldə bir neçə raund görüşlərimiz keçirildi və mən hesab edirəm ki, onların hamısı uğurlu oldu. Çünki biz görüşdən sonra bəyanat qəbul etdik və bu, faktiki olaraq həll formatını formalaşdırmağa kömək etdi” deyə Azərbaycan Prezidenti vurğulayıb



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər