“Şuşa şəhərində 23 yaşayış binası tikilir. Bu binaların bir hissəsinə gələn ilin noyabr ayında sakinlər köçürüləcək. Mən də Şuşaya köçürüləcəklərin siyahısındayam”.
Qarabaginfo.az xəbər verir ki, bunu Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun “Döndükdə gəlirimiz olsun” mövzusunda keçirdiyi tədbirdə Şuşa sakini, yazıçı Kərim Kərimli bildirib.
O qeyd edib ki, Şuşanın təbiət və tarixi abidələri, həmçinin mədəniyyət tarixi bu şəhərin tanıdılması və inkişafı baxımından önəmlidir.