Saytımızı qiymətləndirin


 
 

Polşa prezidenti: “Raket qəsdən atılmayıb“
Tarix: 16-11-2022 | Saat: 17:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Polşa prezidenti: “Raket qəsdən atılmayıb“

Polşaya qəsdən raket hücumu edilməyib. 

Qarabaginfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Andrey Duda sərhəddəki olaya münasibət bildirərkən deyib.

Dudanın sözlərinə görə, 1970-ci illərə aid S-300 raketinin Rusiya tərəfindən buraxıldığına dair heç bir sübut tapılmayıb. Buna baxmayaraq, Prezident qeyd edib ki, dünən baş vermiş hadisəyə görə Rusiya məsuliyyət daşıyır:

"Ötən gün Rusiyanın Ukraynaya kütləvi, görünməmiş irimiqyaslı hücumu olub. Rusiya Polşa ilə həmsərhəd Volın və Lvov vilayətləri də daxil olmaqla, ölkə boyu müxtəlif tipli 100-ə yaxın raket atıb. Buna görə də, Rusiya hadisəyə görə məsuliyyət daşıyır".

Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisinin Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşdüyü iddia olunub. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib. Sonradan məlum olub ki, həmin raketlər Ukrayna tərəfindən Rusiya ordusunun raketlərini zərərsizləşdirmək üçün atılıb. 



Xəbəri paylaş

1165 dəfə oxunub.

Digər xəbərlər