Saytımızı qiymətləndirin


 
 

Niaqara bayrağımızın rəngləri ilə işıqlandırıldı, ermənilər narahat oldu - Video
Tarix: 10-11-2022 | Saat: 10:43
Bölmə:Karusel | çapa göndər

Niaqara bayrağımızın rəngləri ilə işıqlandırıldı, ermənilər narahat oldu

 

Noyabrın 8-i ABŞ və Kanada arasında yerləşən, dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Bu barədə görüntüləri isə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim öz tviter hesabında paylaşıb.

 

Qarabaginfo.az xəbər verir ki, Niaqara şəlaləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması Ermənistan ictimaiyyətində narahatlığa səbəb olub. Hətta erməni mediasında bununla bağlı yazılar da paylaşılıb.

“Həmin vaxt Ermənistanın ABŞ-dakı səfirliyinin nəyə baxması ayrıca müzakirə mövzusudur”, - deyə yazıların birində qeyd olunub.

Xatırladaq ki, son illər Niaqara şəlaləsi Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Dövlət bayrağının rəngləri ilə işıqlandırılır.

VİDEO LİNK: https://ok.ru/video/4276535560810?fromTime=44 



Xəbəri paylaş

120 dəfə oxunub.

Digər xəbərlər
7-06-2022, 11:21 Şeyx Türkiyəyə gedir