“Əgər bunu mitinq adlandırmaq olarsa, onda ya kədərli, ya da mənkumların mitinqi adlandırmaq olar”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın “Kommersant” qəzeti yazıb. Nəşr Xankəndindəki dünənki mitinqlə bağlı yazı dərc edib.
“Bu mitinqi birtəhər mitinq adlandırmaq lazım gəlsəydi, onu kədərli adlandırmaq olardı. Ya da məhbusların mitinqi. Gözlərdən əhval-ruhiyyə bəlli idi. Heç kim tanınmamış “respublika”nın fikrini nəzərə almadan onun taleyinin həll olunduğu hissini gizlətməyə çalışmırdı.
Əzab hissi Qarabağlı “deputat”ların qəbul etdiyi bəyanatda da aydın görünür.
“Qarabağ heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq. Məhz bu prinsip Azərbaycan-Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməlidir”, – bəyanatda deyilir. Burada əsas açar söz “olmalıdır” sözüdür.
Problem ondadır ki, Azərbaycan artıq özü üçün qərar verib ki, heç kimə heç nə borclu deyil. Xüsusilə, onun heç kim tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmamış Qarabağ “respublikası”na heç bir borcu yoxdur, hansı ki, 2020-ci il müharibəsinin nəticələrinə görə ərazisinin 80%-ni itirib”, – deyə qəzet yazıb.