Saytımızı qiymətləndirin


 
 

Rusiyadan ölkəmizə gələnlərin sayı ARTIB
Tarix: 24-10-2022 | Saat: 15:53
Bölmə:Karusel | çapa göndər

Rusiyadan ölkəmizə gələnlərin sayı ARTIB

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Bu barədə Qarabaginfo.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

 

Qeyd olunub ki, gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,6 faizi Türkiyə, 11,0 faizi İran, 7,4 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3,1 faizi Hindistan, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Küveyt, 1,5 faizi Özbəkistan, 1,4 faizi Oman, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,4 faizini kişilər, 25,6 faizini qadınlar təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan - 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99,0 dəfə, Pakistandan - 25,4 dəfə, Hindistandan - 16,0 dəfə, Qazaxıstandan - 5,7 dəfə, İsraildən - 5,5 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,2 dəfə, Bəhreyndən - 4,8 dəfə, ABŞ-dan - 3,4 dəfə, Almaniyadan - 2,9 dəfə, Fransadan - 2,7 dəfə, Böyük Britaniyadan - 2,0 dəfə, Türkiyədən - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, İrandan - 1,6 dəfə, Gürcüstandan - 25,5 faiz artıb.

 

2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olub. 



Xəbəri paylaş

111 dəfə oxunub.

Digər xəbərlər