Tarix: 21-10-2022 | Saat: 15:52
Bölmə:Karusel | çapa göndər
Bu gün Zəngəzur vilayətinin Qafan şəhərində İranın Baş Konsulluğunun açılış mərasimi keçirilib.
Qarabaginfo.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian bu məqsədlə dünəndən Ermənistanda səfərdədir. O, konsulluğun açılış mərasimində ermənistanlı həmkarı Ararat Mirzoyanla birlikdə iştirak edib.
Konsulluğun inzibati binası istifadəyə verilsə də, orada təmir işləri hələ başa çatmayıb. Səliqəsiz, eyni zamanda təmirsiz binanın açılışına nazirlərin gəlməsi sosial şəbəkələrdə gülüş obyektivinə çevrilib.
Təmirsiz binanın belə "təmtəraqlı" açılışı gülməli olduğu qədər acınacaqlıdır. Bununla İran nəyə nail olmaq istəyir?
Qəribə görünsə də, Ermənistan mətbuatı da bu mövzuya toxunaraq, "İranın hara tələsdiyini" araşdırmağa çalışıb.
Suallar isə açıq qalır.
Xatırladaq ki, İran hökuməti hələ 2021-ci ilin dekabrında Zəngəzurda baş konsulluğun açılması barədə qərar qəbul etmiş, bundan sonra Abedin Varamini İranın Qafana baş konsulu təyin etmişdi.
Digər xəbərlər