Saytımızı qiymətləndirin


 
 

“Bir nəfəri də Ermənistana təhvil vermək lazım deyil” - ETİRAZ
Tarix: 08-10-2022 | Saat: 14:02
Bölmə:Karusel / Region | çapa göndər

“Bir nəfəri də Ermənistana təhvil vermək lazım deyil” - ETİRAZ

İrəvandan ittiham: “Bu, “erməni əxlaqı”nın növbəti nümunəsidir”

“Ombudsman Kristine Qriqoryanın davranışları bir daha sübut edir ki, ümumiyyətlə, Ermənistana Azərbaycan ərazilərində cinayət törətmiş bir nəfəri də təhvil vermək lazım deyil”.

Qarabaginfo.az xəbıər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O, 17 hərbi əsirin təhvil verilməsindən sonra Ermənistanın ombudsmanı Kristine Qriqoryanın Azərbaycana qarşı səsləndirdiyi sərsəm fikirləri şərh edib.

Xatırladaq ki, K. Qriqoryan əsirə guya işgəncə verilməsi iddiası səsləndirib.

Öz növbəsində, E. Mirzəbəyli bildirib ki, əslində, ermənilər bir qütb tərəfindən idarə olunmadıqları və bütövlükdə bir neçə vektorun nökəri funksiyasını yerinə yetirdikləri üçün qütblər arasında manevr edirlər:

“Ombudsmanın davranışları isə bir daha sübut edir ki, ümumiyyətlə, Ermənistana Azərbaycan ərazilərində cinayət törətmiş bir nəfəri də təhvil vermək lazım deyil. Onlar istənilən hadisə, hətta humanizm xarakterli bir addımla ölkəmiz əleyhinə təbliğat yürütməyə cəhd göstərirlər”.

BAXCP funksioneri deyib ki, Praqada keçirilən görüş müstəvisində bu məsələlərin səsləndirilməsi bir daha Ermənistanın indiki durumunun nədən ibarət olduğunu sübuta yetirir:

“Mahiyyət etibarilə, bütün, hətta diplomatik müstəvilərdə belə məğlub olan Ermənistan indi də diqqəti fərqli bir yönə yönəltməyə cəhd göstərir. Bununla yanaşı, bir aspekt də mina xəritələri ilə bağlı Ermənistana qarşı beynəlxalq müstəvidə səsləndirilən itithamların ortaya çıxması, həmçinin, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqların tapılması barədə olan münasibətdir. Hətta ABŞ kütləvi məzarlığın dəhşətli bir fakt olduğuna dair açıqlama verib”.

“Ermənistan cinayətkarların qaytarılması müqabilində balans yaratmaq üçün belə bir davranış ortaya qoyur. Guya Azərbaycan da eyni davranışı 17 nəfər şəxsə qarşı sərgiləyib. Ən azı 17 nəfər insan sağ-salamat, problemsiz bir şəkildə Azərbaycan ərazilərində cinayət törədib. Onlar Ermənistana qaytarılırsa, bunu əlləri bağlanaraq kütləvi şəkildə qətlə yetirilən azərbaycanlılarla eyni tərəziyə qoymaq əxlaqsızlıqdan başqa bir şey deyil. Bu, “erməni əxlaqı”nın növbəti bir nümunəsidir”, – deyə E. Mirzəbəyli fikirlərini yekunlaşdırıb.



Xəbəri paylaş

1163 dəfə oxunub.

Digər xəbərlər
23-05-2022, 10:55 Neft bahalaşdı