Tarix: 06-10-2022 | Saat: 11:24
Bölmə:Karusel / Qarabağ | çapa göndər
BP ilə Qarabağdakı "yaşıl enerji" layihəsinə əsasən burda əldə olunan enerji Abşerona transfer ediləcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Şəhərsalma Forumunda energetika nazirinin müavini Elnur Sultanov deyib.
“Yəni Abşeronda Qarabağda istehsal olunan "yaşıl enerji"dən istifadə olunacaq”, - o əlavə edib.
Elnur Sultanovun sözlərinə görə, 2030-cu il üçün milli prioritetlər arasında yaşıl mühit və ölkənin yaşıl böyüməsi var və yaşıl enerji məkanının yaradılması hədəflənib: “Bu prioritetlər də iki beş illik plan əsasında reallaşacaq. Azərbaycanın külək enerjisi ilə bağlı 3000 MW, günəş enerjisi ilə bağlı 23 000 MW, bio enerji ilə bağlı 380 MW, mini-hidro ilə bağlı potensialı 520 MW-dır. Ofşor enereji potensialımız isə 157 GW-dır. Azərbaycan neft ölkəsidir, qaz ixrac edir, həm də külək enerji potensialı var, bu o deməkdir ki, Azərbaycan həm də bərpaolunan enerji ixrac edən ölkə olaraq digər ölkələrə də enerji ixrac edə bilər”.
Digər xəbərlər