Saytımızı qiymətləndirin


 
 

Bakıda Azərbaycan-Rusiya regionlararası Forumu keçiriləcək
Tarix: 08-09-2022 | Saat: 19:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mariya Zaxarova: “Bakı və İrəvana səbir arzulayıram”

Növbəti Azərbaycan-Rusiya regionlararası Forumu Bakıda keçiriləcək.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiya XİN-inin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu ilin sonuna kimi, bildiyiniz kimi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi olduğuna görə bir sıra yüksək səviyyədə səfərlərin və təmasların həyata keçirilməsi planlaşdırılır. Bu səfərlərdə ikitərəfli əməkdaşlığın bütün sferaları əhatə olunacaq. Ümid edirəm ki, bütün bunları həyata keçirməyə nail olunacaq. Regionlararası forumu keçirməyə nail olunacaq, hansı ki, buna böyük ümid var. Rusiyanın subyektlərinin regionlararası forumda iştirakını biz yüksək qiymətləndiririk. Onların Azərbaycandan olan tərəfdaşları ilə əlaqələri münasibətlərimizin inkişafına müsbət təsir göstərir. Növbəti regionlararası forumun Bakıda keçirilməsi planlaşdırılır. Forumun keçirilməsinin tarixi barədə Bakı qəbul edən tərəf olduğuna görə, onlara müraciət etmək yaxşı olar”, deyə Rusiya XİN rəsmisi qeyd edib.



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər