Saytımızı qiymətləndirin


 
 

“Həkimlə şərt kəsdim ki, uşaqlarım və İlqar bilməsin” - Zülfiyyə Bayramova
Tarix: 07-09-2022 | Saat: 17:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Həkimlə şərt kəsdim ki, uşaqlarım və İlqar bilməsin”

“Afaq Gəncəli məni qucaqlayıb ağladı ki, niyə səndə belə oldu? Deyirəm, niyə ağlayırsan, burada nə var? Ona gülürəm ki, hər şey yaxşı olacaq”.

Bu sözləri aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, vəkil Zülfiyyə Bayramova Ülvira Qarayevanın “AStar” yutub layihəsində deyib.

Xərçəngdən əziyyət çəkən Bayramova əməliyyatdan əvvəl sağ qalma şansının az olduğunu deyib: “Metastaz da olmuşdu. Mədə ətrafına yayılmışdı. 26 limfa yığılmışdı, 20-si xəstə idi. Həkimlə söhbət etdim. Dedi ki, səni əməliyyata götürürəm, amma 80 faizi ölümdür, sağ çıxmaya bilərsən. Soruşdum ki, bəs, əməliyyat olmasam? Cavab verdi ki, kimyaterapiya ilə 6-8 ay yaşadacağıq səni. Amma əziyyət çəkəcəm. Dedim ki, biri var əməliyyatdayam, narkozdayam, necə ölürəm bilmirəm. Biri də var əziyyət çəkirəm və öləcəyimi gözləyirəm. Şərt kəsdim ki, uşaqlarım və İlqar bilməsin. Çünki 7 saat əməliyyatda olanda onlar həyəcanla ölüm xəbərimi gözləyəcəklər. Kimyaterapiya dəhşətli bir şeydir, ağrıları çoxdur: saç, dırnaq tökülür, sümüklərin ağrıyır”.

 

 



Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər