Ötən gün Samux Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlanıb.

Qarabaginfo.az-ın xəbərinə görə, TƏBİB-dən "Unikal"a bildirilib ki, vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Qeyd edək ki, Təbriz Abdullayevin Vətən Müharibəsi iştirakçısı, qazi olduğu bildirilir.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır.