Bakının Tbilisi prospektində təmir işləri aparılır
Tarix: 15-08-2022 | Saat: 17:16
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
1336 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-08-2022 | Saat: 17:16
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Bakının Yasamal rayonunun Tbilisi prospektinin Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində təmir işləri aparılır.
Bu barədə Qarabaginfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, qeyd olunan hissənin uzunluğu 1600 metrdir.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.


Xəbəri paylaş
Digər xəbərlər
4-05-2026, 12:25
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun məhkəməsi başlayıb
11-02-2025, 08:29
Ermənistan XİN Türkiyə ilə sərhəddə yaxın günlərdə keçid məntəqəsinin açılacağı ilə bağlı məlumatı təkzib edib
6-08-2024, 11:33
İlham Əliyev Şoyqunu qəbul etdi - Foto
11-03-2026, 08:30
“Xain” elan edilmişdilər, belə kömək istədilər
3-10-2022, 11:56
Bakıda sürücüyə qarşı soyğunçuluq edən şəxs TUTULDU
19-08-2022, 21:53
Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib
29-05-2021, 08:32
Vaşinqtonda 28 May - Respublika Günü qeyd edilib - FOTO


















