Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.


 İndiyədək ümumilikdə 803 157 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 7 968 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.