Bakı Baş Səhiyyə Mərkəzində Mərkəzin tabeliyində olan tibb müəssisələrinin 2022-ci ilin 6 aylıq yekun hesabatına həsr olunmuş iclası keçirilib.

Bu barədə  Qarabaginfo.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, iclasda Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, direktor müavinləri, şöbə müdirləri, tabeli tibb müəssisələrinin rəhbərləri iştirak edib.

Eyni zamanda, 13 nömrəli Şəhər Poliklinikasının, 8 nömrəli Uşaq Poliklinikasının, Xocasən Sağlamlıq Mərkəzinin rəhbər şəxsləri sözügedən tibb müəssisələrinin 6 aylıq yekun hesabatı barədə çıxışlar edib, görülən işlər barədə məlumat verib.

İclasda çıxış edən Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi Statistika və Analitika şöbəsinin, Maliyyə Departamentinin, Monitorinq və Nəzarət Departamentinin, Əlillik məsələlərinə nəzarət şöbəsinin əməkdaşlarının məruzələri dinlənilib.