Saytımızı qiymətləndirin


 
 

Macar nazir Lavrovla görüşdə "Xarı bülbül" qalstuku taxdı - FOTOLAR
Tarix: 22-07-2022 | Saat: 14:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ötən gün Macarıstanın xarici işlər naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı taxdığı qalstuk müzakirələrə səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, nazir Moskvada olan görüşə üzərində xarıbülbül simvolu olan qalstuk taxıb.
Qalstukun arxa hissəsində isə "Qarabağ" və "Xarı bülbül" yazıları əks olunub.


Qeyd edək ki, məşhur olan qalstuk 2015-ci ildə İtaliyanın "Andrew's Ties" brendinin Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi "La Cravatte Italiana" şirkətinin sifarişi ilə istehsal edib.


"Qarabağ" qalstukunun üzərində Ermənistan tərəfindən işğal olunmuş rayonların adları, Xarı bülbül gülü, tar, kaman, qaval, dəbilqə və Qarabağ atının təsvirləri həkk edilib. 


Şuşanın, eləcə də bütövlükdə Qarabağın rəmzi hesab edilən Xarı bülbül gülünə isə ayrıca qalstuk həsr edilib.
Hər iki qalstuk Qarabağ seriyasındandır, astar hissəsində ingilis dilində “Qarabağ, Azərbaycan” sözləri yazılıb.
Qalstuklar 100% ipək materialdan hazırlanıb, ikiqat jacquard toxunuşa malikdir, eni 8 sm, uzunluğu 154 sm-dir.
Brend isə 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərir.(Modern.az)



Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər