Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsinə dəstək imkanları müzakirə olunub
Tarix: 18-07-2022 | Saat: 20:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsinə dəstək imkanları müzakirə olunub

Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsinə dəstək imkanları müzakirə olunub.

Qarabaginfo.az xəbər verir ki, bu, energetika naziri Pərviz Şahbazovla Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüş zamanı müzakirə olunub.

 

Bununla yanaşı görüşdə Azərbaycandan Avropaya hidrogen ixracı potensialının araşdırılması kimi bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumdan irəli gələn əməkdaşlıq istiqamətlərinin reallaşdırılması üzrə Yol Xəritəsinin hazırlanması və qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin Azərbaycan-Aİ enerji dialoqu mexanizmi çərçivəsində davam etdirilməsi razılaşdırılıb.



Xəbəri paylaş

1181 dəfə oxunub.

Digər xəbərlər