Saytımızı qiymətləndirin


 
 

Rusiya MN: Ukraynada "Harpoon" raketlərinin anbarı məhv edib
Tarix: 17-07-2022 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya MN: Ukraynada "Harpoon" raketlərinin anbarı məhv edib

Rusiya hərbi aviasiyası Odessada NATO-nun Ukraynaya verdiyi "Harpoon" gəmi əleyhinə raketlərin yerləşdiyi anbarı məhv edib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Havadan buraxılan yüksək dəqiqlikli uzaqmənzilli raketlər “Odessa şəhərindəki sənaye müəssisəsinin binalarından birində NATO ölkələri tərəfindən Ukraynaya verilən “Harpoon” gəmi əleyhinə raketlərin saxlandığı anbarı məhv edib.

Rusiya MN-nin məlumatında qeyd olunub ki, Krasnoarmeysk yaxınlığında isə bir HIMARS reaktiv yaylım atəşi sisteminin buraxılış qurğusu nəqliyyat-yükləmə maşını məhv edilib:

“Bundan əlavə, Rusiya hərbçiləri Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin 60-cı motoatıcı briqadasının 97-ci batalyonunun yerləşdiyi məntəqəyə zərbələr endirib. Nəticədə 65-ə qədər hərbçi həlak olub, ondan çox xüsusi texnika məhv edilib. Xarkov və Donetsk vilayətlərində muzdluların müvəqqəti yerləşdirilmə məntəqələrinə bir neçə zərbə endirilib".



Xəbəri paylaş

1197 dəfə oxunub.

Digər xəbərlər