Saytımızı qiymətləndirin


 
 

Balakəndə qəzada dörd nəfər xəsarət alıb
Tarix: 10-07-2022 | Saat: 21:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

103-ün illik hesabatı – Novator.az

Balakəndə minik avtomobili aşıb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu "Beşbulaq" adlanan ərazisindən keçən hissəsində baş verib.

 

Balakən rayonu Hənifə kənd sakini Kamran Nizami oğlu Abdullayev idarə etdiyi "VAZ 21063" markalı 10 ME 436 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkət olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb.

Maşın aşdıqdan sonra ərazidən keçən su arxına düşüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər-rayonun Hənifə kənd sakinləri Şəhla Nizami qızı Əlimərdanova, iki azyaşlı Ramal Ramazan oğlu Əlimərdanov, Soltan Ramazan oğlu Əlimərdanov və Səhnə Əhmədi qızı Abdullayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

1204 dəfə oxunub.

Digər xəbərlər