Saytımızı qiymətləndirin


 
 

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi partiya nümayəndələri təmsil oluna bilər
Tarix: 18-05-2020 | Saat: 18:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 

Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının yenidən formalaşdırılmasından danışıb.

Qarabaginfo.az xəbər verir ki, Əli Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası hakimiyyətin 3 qolunun nümayəndələrindən ibarətdir: “İcra hakimiyyəti, məhkəmə və qanunverici orqan”.

Onun sözlərinə görə, Komissiyada parlamenti 5 nəfər təmsil edir:

“Bilirəm ki, yenidən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası formalaşdırılır. Hesab edirəm ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb orada həm də digər siyasi partiya nümayəndələrinin də təmsil olunması əhəmiyyətli olardı”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiyanın rəhbəri Ramiz Mehdiyevdir. “Report”



Xəbəri paylaş

386 dəfə oxunub.

Digər xəbərlər