Saytımızı qiymətləndirin


 
 

Baydendən ermənilərə zərbə - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır
Tarix: 24-06-2022 | Saat: 16:02
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ prezidenti Co Bayden növbəti dəfə erməniləri qəzəbləndirib.


Co Bayden Azərbaycana yardım göstərilməsi ilə bağlı qadağanı - "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi bu il də dayandırmaq qərarına gəlib.

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) məlumatında deyilir.

ANCA-nın icraçı direktoru Aram Hamparyan deyib ki, bu, Prezident Baydenin ilk belə qərarı deyil və atılan addım ABŞ-ın Azərbaycanın dövlət başçısı Əliyevə inamını artırır.

Onun sözlərinə görə, Amerika Erməni Milli Komitəsi 907-ci düzəlişlə bağlı təsir etmək və Azərbaycana hərbi yardımı neytrallaşdırmaq üçün ABŞ Senatı və Nümayəndələr Palatasının rəhbərliyi ilə əməkdaşlığı sürdürəcək.
 

Aram Hamparyan deyib ki, ABŞ prezidenti və Konqresi “Azadlığa Dəstək Aktı"nın postsovet və digər ölkələrə yardımı nəzərdə tutan 907-ci maddəsini dəstəkləməyə çağırmaq üçün kampaniyanı gücləndirəcək.

“Prezident Baydenin hər hansı əks hərəkəti onun mövqeyinə və “erməni soyqırımını” tanımaq ruhuna ziddir", - Hamparyan narazı şəkildə bildirib.


Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı”nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycana  Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyub.
Nəhayət 2002-ci ildə 907-ci düzəlişin qüvvədə olması ABŞ prezidenti tərəfindən dayandırılıb. Prezidentin bu qərarına ABŞ Konqresi də etiraz etməyib.


Amerika Erməni Milli Komitəsi narazı şəkildə bildirib ki, Azərbaycana yardımın göstərilməməsi ilə bağlı 907-ci düzəliş dayandırılandan sonra - 2002-ci ildən bəri Bakı Vaşinqtondan 800 milyon dollardan çox yardım alıb.(Modern.az) 



Xəbəri paylaş

1196 dəfə oxunub.

Digər xəbərlər