Saytımızı qiymətləndirin


 
 

Bu il 106 uşaq övladlığa verilib
Tarix: 21-06-2022 | Saat: 14:04
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bu il 106 uşaq övladlığa verilib

“Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə övladlığagötürmə ilə bağlı 2020-ci ildə 157 müraciət, 2021-ci ildə bundan 2,4 dəfə çox olmaqla 378 müraciət daxil olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, ümumilikdə bu günədək “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə 691 müraciət daxil olub.

2019-cu ilin noyabrın 1-dən etibarən 254 uşaq övladlığa verilib, onlardan 131-i oğlan, 123-ü qızdır. Onlardan 106 uşaq 2022-ci ildə övladlığa verilib.

Bildirilib ki, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqla, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.



Xəbəri paylaş

224 dəfə oxunub.

Digər xəbərlər